Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

On səkkiz yaşlı kəşfiyyatçının şəhidliyə aparan şərəfli döyüş yolu - VİDEO

On səkkiz yaşlı kəşfiyyatçının şəhidliyə aparan şərəfli döyüş yolu - VİDEO

Tarix: 7 Oktyabr 2021 13:02

44 günlük vətən müharibəsində tarix yazan qəhrəmanlarımızı tanıtmağa davam edirik. Sıradakı qəhrəmanımız qəhrəman ordumuzun həmlə qruplarında yer alaraq Füzuli, Xocavənd  istiqamətlərinində döyüşlərdə iştirak edən Ağababa Abasovdur. Döyüşlərdə düşmənə qan udduran igidimiz ölümündən sonra 4 medalla təltif olunub

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış Ağababa Abasov 2002-ci ildə Şabranın Uzunboyad kəndində anadan olub. O, 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Uşaqlıqdan idmanla məşğul olduğundan yüksək fiziki göstəricilərə malik idi. Məhz buna görə də hərbi hissənin kəşfiyyat bölüyündə qulluq edib. 

Qəhrəmanımız 2-ci qarabağ müharibəsinin ilk günündən döyüşlərə qatılıb. 

Döyüş yoldaşları deyir ki, Ağababa düşməndən qisas almaq üçün daim irəli can atırdı. O, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız sentyabrın 29-da şəhidlik zirvəsinə ucalıb.

Ağababa Abasov ölümündən sonra "Füzulinin azad olunmasına görə", ''Xocavəndin azad olunmasına görə", ''İgidliyə görə"  və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  On səkkiz yaşlı kəşfiyyatçının şəhidliyə aparan şərəfli döyüş yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ