Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 məşhur Android tətbiq istifadəçilərin konfidensial məlumatlarını sızdırıbmış

14 məşhur Android tətbiq istifadəçilərin konfidensial məlumatlarını sızdırıbmış

Tarix: 7 Oktyabr 2021 23:12

CyberNews saytının mütəxəssisləri aşkar ediblər ki, 140 milyondan çox istifadəçi tərəfindən yüklənmiş 14 məşhur Android tətbiq Firebase platformasındakı xəta səbəbilə istifadəçilərin konfidensial məlumatlarını sızdırıb. Sızdırılmış məlumatlar arasında istifadəçilərin adları, elektron poçt ünvanları, online ləqəbləri və s. olublar. 'Əgər sizin Android smartfonunuzda kənar tətbiqlər mövcuddursa, çox güman ki, onlar Firebase platformasından istifadə edirlər. Hər ay bu platformadan 2.5 milyon aktiv tətbiq istifadə edir" - deyə mütəxəssislər qeyd ediblər.

Firebase Android üçün proqram təminatının yaradılması üzrə məşhur platformadır və o, tərtibatçılara bir çox faydalı funksiyanı təqdim edir. Onların arasında analitika, hostinq və bulud yaddaş var. 2014-cü ildə Google şirkəti Firebase platformasını almışdı. Həmin vaxtdan o, Android tətbiqlərin məlumatlarının saxlanılması üçün nəzərdə tutulmuş ən məşhur platformaya çevrildi. Bununla belə tərtibatçılar bu platformada istifadəçilərin autentifikasiya, hesab və personal tokenlərini saxlayırlar.

Buna görə də CyberNews mütəxəssisləri platformada olan minlərlə tətbiqi analiz ediblər. Səbəb isə nə qədər sayda tərtibatçının konfidensial məlumatları təhlükəsiz şəkildə saxlamadığını anlamaqdır. Nəticədə məlum olub ki, 14 məşhur tətbiq düzgün şəkildə ayarlanmamış Firebase-dən istifadə edib. Bu isə ona gətirib çıxardıb ki, düzgün URL-i bilən istənilən istifadəçi istifadəçi məlumatlarından ibarət məlumatlar bazasına keçid əldə etmiş ola bilər. Bunun üçün hətta autentifikasiya prosesindən də keçməyə ehtiyac yoxdur. Təəssüflər olsun ki, Google mütəxəssislərin bu məlumatlarına heç bir reaksiya verməyib.


Etiketlər:  məşhur Android tətbiq istifadəçilərin konfidensial məlumatlarını sızdırıbmış


RƏYLƏR