Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 23:26
Almaniyada İkinci Dünya müharibəsi dövründə Holokostun və digər ağır cinayətlərin iştirakçısı olması ehtimal edilən daha bir şəxs müttəhimlər kürsüsündə əyləşib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu şəxs Zaksenhauzen cəza düşərgəsinin sabiq keşikçisi olub.
Burada "müttəhimlər kürsüsündə əyləşmək" sözləri əslində məcazi mənada işlənir, çünki 100 yaşlı müttəhimi məhkəmə binasına əlil arabasında gətiriblər. Tibbi ekspertizanın rəyinə görə o, gündə 2,5 saatdan çox olmamaqla prosesdə iştirak edə bilər.
Prokuror əmindir ki, soyadı bildirilməyən Yozef adlı bu qoca sovet hərbi əsirlərini şəxsən güllələyir və insanları qovub qaz kameralarına salırdı. O vaxt onun 21 yaşı vardı. İndi qoca 3518 məhbusun öldürülməsində iştirak etməkdə təqsirləndirilir.
Zaksenhauzen cəza düşərgəsinin mövcud olduğu müddətdə 200 min insan bu düşərgəyə düşüb, onların çoxu salamat qalmayıb.