Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üz dərisinin pilinqi nədir və bu prosedur nə üçün lazımdır?

Üz dərisinin pilinqi nədir və bu prosedur nə üçün lazımdır?

Tarix: 9 Oktyabr 2021 01:03

Pilinq - hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda , 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir.

Pilinq sözü - qabıq vermək kimi tərcümə olunduğuna görə, dərinin təmizlənməsi mənasına gəlir. Pilingin bir neçə növü mövcuddur: yüngül, orta və dərin pilinq.

Yüngül pilinq - meyvə turşularının əsasında baş verir.Proses turşu məhlulunun dəriyə 1 qat sürtülməsi ilə baş verir. Lakin bu turşu məhlul məişətdə istifadə olunan turşular deyil, kosmetologiyada istifadə olunan populyar meyvə turşularıdır. Bunlardan: limon, badam, salisil, süd, retionel və s  kimi turşu məhlullarıdır.

Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o , xəstə və solğun görkəm alır.

Dərinin sağlam vəziyyətdə saxlanılması üçün ildə 2 dəfə meyvə turşulu pilinq kifayət edir.

Pilinq nə edir və onun köməyi ilə hansı problemlərdən azad olmaq olar:

- dərinin rəngini yaxşılaşdırır

- dərinin teksturası yaxşılaşır- dəri hamar və yumuşaq olur

- məsamələr təmizlənir və daralır

- piqmentasiya ağarır

- akne(sızanaq və qara nöqtələrin müalicəsi)

- sızanaqlardan sonrakı ləkələrin təmizlənməsi

- dərinin liftinqi - dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir

- dərinin artıq yağı azalır.

- dəri nəfəs alır, nəticəsə isə cavanlaşır

Bu prosedurdan sonra dər, bir neçə gün qabıq verir və bununla ölü dəri qatından azad olaraq, dərinin cavan və daha sağlam görünüşünü müşahidə etmək olur. Dəri tipinə uyğun olaraq kosmetoloqla sizə hansı piling növünün lazım olduğunu məsləhət almağınız daha düzgün olar.

Unutmayın, dərinizə yaşlı dövrdən deyil, artıq 20 -25 yaşlarından başlayaraq qulluq etmək lazımdır!


Etiketlər:  dərisinin pilinqi nədir prosedur üçün lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ