Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 08:51
Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir.
Smuzi blenderdə hazırlanır və onun hazırlanması zamanı süd, kefir, yoqurt, qaymaq, şokolad, qoz-fındıq, meyvə quruları, bal və s. əlavə oluna bilər. Smuzi pərəstişkarları deyirlər ki, smuzi hazırlamaq üçün irəyiniz istədiyi inqrediyentləri qarışdırmaq olar. Ən əsası - istək və yaxşı blender.
Hal hazırda smuzi bütün dünyada ən dəbli duru qida növüdür. Qərb ölkələrdə hətta xüsusi smuzi-restoranları açılır, smuzi haqqında çoxlu kitablar buraxılır, verlişlər çəkilir və s. "Smuzi" sözü "smoothie" (ingilis dilində - xoş, yumşaq, hamar) sözündən əmələ gəlib.
Smuzi sağlam, faydalı və dietik qida sayılır. Dietoloqlar və həkimlər bu fikiri təsdiq edir.
Təbii şirələrlə müqayisədə smuzinin çoxlu üstünlükləri var. Smuzi hazırlanması zamanı meyvə və ya tərəvəz tam şəkildə istifadə olunur. Bu isə o deməkdir ki, meyvə və ya tərəvəzdə olan bütün faydalı vitamin və mikroelementlər saxlanılır. Bundan əlavə smuzi sellülozla (meyvə və tərəvəzlərdə olan təbii liflər) zəngindir ki, bu səbəbdən smuzi orqanizm tərəfindən şirələrlə müqayisdə daha yaxşı mənimsənilir.
Smuzi orqanizmi çox yaxşı təmizləyir, orada yığılan toksinlər, şlaklar, ağır metallar, sərbəst radikallar və s. ziyanlı maddələri orqanizmdən çıxardır, xolesterinin səviyyəsini aşağı salır, insanı daha gümrah edir.
Smuzi uşaqların qidalanmasında geniş istifadə oluna bilər. Bir çox uşaqlar meyvə və tərəvəzləri xoşlamır, süd məhsullarını yemir. Lakin dadlı smuzi onların xoşuna gələ bilər.
Yaşlı, xəstə, zəiflənmiş insanların qidalanmasında smuzini çox faydalı dietik məhsul kimi istifadə etmək olar. Yaşlı insanların bir çoxusu diş problemlərindən əziyyət çəkir ki, bu onlara bərk meyvə və tərəvəzləri qəbul etmək imkan vermir. Bu halda smuzi ən yaxşı seçimdir.
Smuzinin heç bir ziyanı və ya əks-təsirləri yoxdur (insanda smuzi hazırlanmasında istifadə olunan məhsullara allergiya və ya dözümsüzlük yoxdursa).
Smuzi tamdəyərli şam yeməyi və ya ikinci nahar kimi istifadə oluna bilər.
Arıqlamaq istəyən insanlar üçün smuzi ən yaxşı seçimdir. Müxtəlif smuzilərin istifadəsi həm orqanizmi lazım olan vitamin və minerallarla təmin edir, həm də arıqlamağa kömək edir. Lakin bu halda şirin kalorili meyvələrdən, qaymaqdan, şokoladdan, şəkərdən, təbii ki, istifadə olunmur.
Smuzi reseptləri
Bananlı smuzi
Lazım olan məhsullar: 3 dənə banan, 1 l süd, 1 xörək qaşığı şəkər, 1 paket vanil. Banan doğranılır, süd, şəkər tozu, vanil əlavə olunur və blenderlə yaxşı qarışdırılır.
Balqabaqlı smuzi
Lazım olan məhsullar: təmizlənmiş balqabaq - 300 qr, süd - 2 stəkan, bal - 1-2 çay qaşığı (zövqə görə), yulaf yarması - 2-3 xörək qaşığı, darçın (zövqə görə). Balqabaq doğranılır və digər ingredientlərlə birlikdə blenderlə əzilir.
Kivili smuzi
Lazım olan məhsullar: 3 dənə kivi, 1 dənə sulu alma, 200 qr duru yoqurt, şəkər tozu (zövqə görə).
Öz zövqünüzə uyğun istədiyiniz inqredientlərdən müxtəlif smuzi hazırlaya bilərsiniz.