Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra hakimiyyətinin yerləşdiyi binanın yaxınlığında piyada səkisi zəbt edilib - VİDEO

İcra hakimiyyətinin yerləşdiyi binanın yaxınlığında piyada səkisi zəbt edilib - VİDEO

Tarix: 15 Oktyabr 2021 12:54

Bakıda 3 metr enində olan piyada səkilərindən biri tamamilə zəbt edilib. Nəticədə piyadalar yolun hərəkət hissəsindən keçməli olurlar. Bu hal isə həm onlar üçün, həm də sürücülər üçün təhlükə yaradır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, Süleyman Vəzirov küçəsindən gedir.

Zəbt edilən səki Xətai Rayon İcra Hakimiyyətinin yerləşdiyi binanın yaxınlığındadır.

Çəkiliş zamanı məlum olub ki, hasara alınan ərazidə inşa edilən çoxmərtəbəli bina bir müddət əvvəl bağlanmış ''Ata Bank''a məxsus olub. Bura həmin bankın baş ofisi üçün tikilib. Binaya hazırda nəzarət edən şəxslər bildiriblər ki, hasara alınmadan onların məlumatı yoxdur. Buna baxmayaraq, problemin aradan qaldırılması məqsədi ilə Əmanətlərinin Sığortalanması Fonduna müraciət ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  İcra hakimiyyətinin yerləşdiyi binanın yaxınlığında piyada səkisi zəbt edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ