Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Merkel heç vaxt məsuliyyət götürməkdən çəkinməyib”

“Merkel heç vaxt məsuliyyət götürməkdən çəkinməyib”

Tarix: 16 Oktyabr 2021 20:00

"Dialoqumuz regional problemlərin həlli yollarının inkişafına əhəmiyyətli dərəcədə kömək edib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Almaniya Kansleri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Prezident bildirib ki, Angela Merkel heç vaxt məsuliyyət götürməkdən çəkinməyib:

"Suriya böhranındakı səmimi səylərinə görə Kanslerə öz adımdan və millətim adından təşəkkürümü bildirirəm. Sentyabrın 26-da Almaniyada keçirilən seçkilərin nəticələrinin alman xalqı üçün faydalı olmasını diləyirəm. Yeni hökumətə və onun Kanslerinə əvvəlcədən uğurlar arzulayıram".

Bu gün keçirilən görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafı, eləcə də Şərqi Aralıq dənizi, Liviya və Əfqanıstanda baş verən hadisələrlə bağlı fikir mübadiləsinin aparıldığını qeyd edən Türkiyə Prezidenti Kanslerin bundan sonra da iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Türkiyə Prezidenti irqçilik, İslam, ksenofobiya və ayrı-seçkiliyin Avropadakı türk cəmiyyətinin əsas problemi olduğunu vurğulayıb.

Fikir ayrılıqlarının olmasına baxmayaraq, Türkiyə ilə iki ölkə arasında yaxşı münasibətlər qurmağa çalışdıqlarını ifadə edən Kansler qarşıda daha çox vəzifələrin olduğunu, Almaniyada təxminən 4 milyon türk əsilli insanın yaşadığını xatırladıb.

Qeyd edilib ki, görüş əsnasında Türkiyədə həbsdə olan və ya ölkədən çıxışına qadağa qoyulan Almaniya vətəndaşları, insan haqları, qanunsuz immiqrasiya, Əfqanıstana humanitar yardım, Suriya, Liviya, son zamanlar daha sıx baş verən təbii fəlakətlər və meşə yanğınları kimi bir sıra məsələlər müzakirə olunub.

Türkiyə-Yunanıstan münasibətlərinə də toxunduqlarını bildirən A.Merkel burada hələ də həll edilməyən problemlərin olduğunu, bunların, sadəcə, danışıqlar yolu ilə həll oluna biləcəyinə inandığını ifadə edib.

Milli.Az


Etiketlər:  Merkel heç vaxt məsuliyyət götürməkdən çəkinməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ