Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makiyaj edərkən buraxılan səhvlər

Makiyaj edərkən buraxılan səhvlər

Tarix: 17 Oktyabr 2021 16:30

Qüsursuz görünmək hər bir xanım üçün vacibdir. Bu səbəbdən makiyajla gözəlliyi daha önə çıxartmağa çalışırlar. Lakin bəzən yanlış rəng və məhsul seçimi onları olduğundan daha yaşlı görünməsinə səbəb olur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, makiyajdan düzgün və yerində istifadə mütləqdir. Gecə makyajı ilə bütün gün gəzmək düzgün deyil. Bu həm dərinin nəfəs almasını əngəlləyir, həm də zamanla yaşlanma prosesini sürətləndirir. Günlük makiyajdan az və təbii görünəcək şəkildə istifadə etməyə çalışın. Bunun üçün aşağıdakı nüanslara diqqət yetirmək sizə yardımçı olacaqdır.

Tonal krem

Hamar və bərabər şəkildə ton əldə etmək üçün öncə düzgün rəngi seçmək lazımdır. Tonal krem dəri rəngindən bir ton tünd olmalıdır. Tonal kremi seçərkən məhsulun keyfiyyətli olduğunu yoxlayın. Məsələn, alacağınız məhsulu mağazada üzünüzə çəkib gün ərzində rənginin dəyişib-dəyişmədiyini yoxlayın. Çox çəkmək, rəngi yanlış seçmək və üzdə düzgün formada yaymamaq sizi yaşlı göstərməklə yanaşı gizlətməyə çalışdığınız qüsurları daha da büruzə verəcəkdir.

Tuşdan istifadə

Tuşun səliqəsiz və sıx istifadəsi kirpiklərin ağırlaşmasına səbəb olur. Təbii və daha gənc görünməsi üçün az istifadə edin. İstifadə etdiyiniz tuşun kirpiklərinizdə yetərsiz olduğunu düşünürsünüzsə, laynerlə kontur çəkərək istədiyiniz həcmi tarazlaya bilərsiniz.

Konturu səhv çəkmək

Konturu qalın və ya düzgün olmayan şəkildə çəkmək sizi daha yaşlı göstərərcəkdir. Üz cizgilərinizi olduğundan daha zərif və kiçik göstərməyə çalışarkən, tam əksi ola bilər. Tünd çalarlardan deyil, ənlik kimi daha xəfif tonlarla təbii kontur çəkmək üzünüzü daha təravətli göstərəcəkdir. 

Qaş aralarını doldurmaq

Qaşdakı boşluqları həddindən artıq tünd karandaşla doldurmaq üzünüzü kobud göstərəcəkdir. Daha açıq rəng və ya daha az istifadə edərək fırça və ya qaş darağı ilə yaymağa çalışın. Artıq olan tündlüyü silməyə çalışın. Bu zaman təbii qaşlara sahib olacaqsınız ki, bu da sizi yaşınızdan daha gənc görünməyinizə imkan verəcək.

Milli.Az


Etiketlər:  Makiyaj edərkən buraxılan səhvlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ