Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 19:36
Spirometriya - tənəffüs hərəkətini müəyyən edən funksional testdir. Test ağ ciyərlərin funksiyasını, həyat tutumunu təyin edir. Spirometriya vasitəsilə tənəffüs yollarının keçiriciliyi, hava axını sürətinin məhdudlaşması yoxlanılır.
Qısa müddətdə, qeyri-invaziv, ağrısız, asan başa gələn üsuldur, sadəcə nəfəs alıb verməklə və üfürməklə həyata keçirilir.
Göstərişlər hansılardır?
• Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi, sarkoidoz və s. ağciyər xəstəliklərinin diaqnostikasında və ağırlıq dərəcəsinin təyin olunmasında
• Müalicənin effektivliyinin dəyərləndirilməsi, sonrakı müalicə taktikasının seçilməsi
• Xəstəliyin proqnozunun qiymətləndirilməsi
• Siqaret çəkənlərdə ağciyərlərin funksiyasının qiymətləndirilməsi
• Əməliyyat öncəsi və sonrası xəstələrdə tənəffüs funksiyalarının dəyərləndirilməsi
• Obstruktiv, restriktiv xəstəlikləri differensasiyası
Uşaqlarda spirometriya
5 yaşdan böyük uşaqlara spirometriya tənəffüs testi etmək olar.
-Hansi uşaqlara spirometriya əks göstərişdi?
-Hər hansi 1 səbəbə bağlı sinə və ya qarında şiddətli ağrı
-Spirometriya ağızlığının tutulamayacağı oral/fasial ağrı
-Hidrosefaliyalı uşaqlar