Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 08:48
Rusiyada qeyri-iş günlərinin elan edilməsi sanitar-epidemioloji vəziyyəti yaxşılaşdırmağa kömək edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə nzirinin müavini Mixail Muraşko məlumat verib.
O bildirib ki, son günlərdə aktiv koronavirus xəstələrinin sayında cüzi də olsa azalma qeyd edilir. Bununla belə, yaxşılaşma çox cüzi olduğundan yüksək nəticə barədə danışmaq tezdir. Ölkənin 78 regionunda yoluxma artır, 5 regionda vəziyyət sabitləşib. Cəmi 2 regionda Kalmıkiya və Kareliyada yoluxanların sayında azalma qeydə alınır. Ən sürətli yoluxma Murmansk, Novqorod və Samara vilayətlərindədir.