Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO

Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO

Tarix: 2 Noyabr 2021 11:26

Türkiyə milli komandasının və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Dəmirəlin həyat yoldaşı Zeynəb Dəmirəl onu sosial şəbəkələrdə tənqid edən şəxslərə sərt cavab verib.

Qeyd edək ki, Zeynəb Dəmirəl Hellouin bayramı münasibəti ilə üzünə müxtəlif boyalar çəkib, xüsusi kostyumlar geyinib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Zeynəb öz "Instagram" səhifəsində onu tənqid edən sosial şəbəkə istifadəçilərinə "Dininizin aradan getməsinə bu qədər narahat olmaqdansa, öz iqtisadi vəziyyətinizdən narahat olun" cümləsi ilə cavab verib.

Tanınmış qapıçının xanımı həmçinin əlavə edib ki, Hellouin bayramı onun üçün mədəniyyət məsələsidir və o, bu bayrama bir əyləncə vasitəsi kimi baxır. 


Etiketlər:  Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi FOTO


RƏYLƏR