Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxda silahlı şəxs tutuldu - FOTO

Qazaxda silahlı şəxs tutuldu - FOTO

Tarix: 6 Noyabr 2021 10:14

Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Tural Yaqubov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, lüləsi kəsilmiş "Karabin" markalı tüfəng və 14 ədəd patron götürülmüşdür.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Qazaxda silahlı şəxs tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ