Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb (FOTO)

Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb (FOTO)

Tarix: 29 Aprel 2019 13:36

Bakı. Trend:

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb.

Trend-in məlumatına görə, sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Zərifə Əliyeva, A.Mollayeva) “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiaqnostika” (R.F.Təhməzov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları və onun haqqında yazılmış biblioqrafiya nümayiş olunur.

Bundan əlavə, sərgidə Ümumilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş etdirilir.

Məlumat üçün bildirək ki, sərgidəki kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.

Sərgi iki həftə davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Elmi Kitabxanada akademik Zərifə Əliyevanın illik yubileyinə həsr olunan sərgi açılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ