Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

Tarix: 25 Avqust 2019 07:36

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılmışdı. Onlar 8 təyyarə reysi ilə geri qayıdırlar.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu gün Vətənə dönəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ