Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 22:52
Türkiyəli professor, Koronavirus Elmi Komitəsinin üzvü Tofiq Özlü hesab edir ki, pandemiyanın bitməsinə hələ çox var və virus bütün dünyanın bəlası olmağa davam edəcək.
Sonxeber.net xəbər verir ki, professor dünyada vaksinasiya prosesinin ləng getdiyini bildirib. Professorun sözlərinə görə, pandemiya yaxın gələcəkdə başa çatmayacaq:
"Gənclər bu xəstəliyi yüngül keçirsə də, böyüklərinə, ailə ağsaqqallarına və qohumlarına yoluxdura bilirlər. Yaşlı insanlar xəstəliyi hələ də ağır keçirtməyə davam edir. Bu aspektə diqqət yetirməyə dəyər. Pandemiya əslində heç yerə getmir, davam edir, getdikcə xroniki hala gəlir.
Təxminən iki ilə qət etdiyimiz məsafəyə baxmayaraq, virusla yaşamağa davam edirik. İndi virus hər yerdə yayılıb, bütün dünyada mövcuddur və görünür ki, yayılmağa davam edəcək. Üfüqdə bu pandemiyanı tezliklə dayandıracaq heç nə görə bilmirəm. Peyvəndlər bu baxımdan çox faydalıdır, ağırlaşma halları azalsa da, dünyada ölüm hallarının qarşısı hələ də istənilən səviyyədə alınmayıb.
Dünyada peyvəndlənmə o qədər də yaxşı getmir. Tez peyvənd olunmaqla ağır xəstəliklərin və ölümün qarşısını alsaq, qrip kimi adi mövsümi xəstəlik halına gətirə bilsək, o zaman normal həyata qayıda bilərik. Düşünürəm ki, bu nöqtəyə qısa zamanda çata bilməyəcəyik, virusla yaşamağa davam edəcəyik. Lakin çalışacağıq ki, heç bir məhdudiyyət olmadan həyatımızı davam etdirək". /publika.az