Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi və Ramos hələ də dost olmayıblar

Messi və Ramos hələ də dost olmayıblar

Tarix: 12 Noyabr 2021 11:42

PSJ-nin futbolçuları Lionel Messi və Serxio Ramos hələlik dost deyillər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Barselona" və "Real" Madridin keçmiş futbolçuları "El-Klassiko"da uzun illər davam edən qarşıdurmanı unuda bilmirlər.

Qeyd olunur ki, Ramos tez bir zamanda bir çox parisli futbolçularla dostluq edib, lakin o, Messi ilə belə isti münasibətə nail ola bilməyib.

Messi və Ramos PSJ-yə 2021-ci ildə keçiblər. Argentinalı Paris klubunda 8 oyunda 4 qol vurub. İspaniyalı isə zədə səbəbindən hələ heç bir oyunda meydana çıxmayıb.

Milli.Az


Etiketlər:  Messi Ramos hələ dost olmayıblar


RƏYLƏR