Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çağlar Ertuğrul Hollivud ulduzu olmaq istəyir

Çağlar Ertuğrul Hollivud ulduzu olmaq istəyir

Tarix: 12 Noyabr 2021 13:05

Aktyor Çağlar Ertuğrul yutub kanalında yayımlanan İbrahim Selim ilə "Bu gecə" proqramının qonağı olub.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktyor Hollivud ulduzu olmaqla bağlı açıqlaması diqqət çəkib.  

Aparıcı müsahibə əsnasında Çağlardan haqqında mənasız xəbər çıxıb-çıxmadığını soruşub. O, "Dağ" filmi yayımlanarkən qəzetlərin birində "Türk filmində saxta Hollivud ulduzu" başlığının yer aldığını bildirib. "Hansı ki, filmdə Ceyk Cillenxolun adı yazılır, amma mən oynamışam kimi başlıq çıxarıblar" - deyə, o, əlavə edib.

Aktyor Arzusunun teatr deyil, kino olduğunu vurğulayıb:

"Mənim arzum həmişə kino idi, teatr yox, hətta birbaşa rejissorluq. Ancaq universitetdə olarkən teatr dərnəyinə qatıldım, işin mətbəxinə. Aktyorluqla bağlı müsbət rəylər aldım və mənə rejissorluğu daha sonra da edə biləcəyimi tövsiyə etdilər. Ona görə bu istiqamətdə yol aldım".

Çağlar gələcəklə bağlı son hədəfinin Hollivud olduğunu ifadə edib:

"Bu hədəfin nə qədər yaxın və ya real olduğunu düşünsək, getmək təbii ki, sərbəstdir, əsas məsələ orada qalıb davam edə bilməkdir. Dediklərim fantastik səslənə bilər amma indiki vaxtda daha asan olduğunu düşünürəm. Orada tortdan pay almağa çalışan insan çoxdur, amma o tortlar da heç də kiçik deyil. Oradakı bəzi insanlarla əlaqəm var. Necə olacağını gələcək göstərəcək".

Qeyd edək ki, aktyor hazırda reytinqlərdə ilk sırada yer alan "Teşkilat" serialında Serdar obrazını canlandırır.


Etiketlər:  Çağlar Ertuğrul Hollivud ulduzu olmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ