Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 19:08
Gəncənin ən böyük yaşayış massivlərindən birinin - böyük tarixi şəxsiyyət Cavadxanın adını daşıyan qəsəbənin sakinləri illərdir məişət tullantılarının əhatəsində yaşamaq məcburiyyətində qalıblar. Ərazidə yerləşən evlərdə yaşayanlar deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar daşınmadığı üçün vəziyyət bu həddə çatıb. Şəhər təmizlik idarəsindən isə bildirirlər ki, çirkləndirilən ərazi şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibindədir.
Əraizyə atılmış məişət tullantıları, inşaat qalıqları, heyvan leşləri və sair. Görüntülər Gəncənin Cavadxan qəsəbəsindəndir. Keçmiş Cücə zavodunun ətrafında yerləşən evlərin sakinləri illərdir bu mənzərəyə qonşuluq etməyə məcbur qalıb.
Zibil qalıqlarına yığışan itlər artıq yoldan keçənlər üçün təhlükəyə çevrilib. Sakinlər deyir ki, ərazi nəzarətsiz qaldığından keçən il bura hətta öldürülmüş insan cəsədi belə atılıbmış.
Sakinlər etiraf edir ki, elə ərazidə yaşayanlar da tullantıları bura atır. çünki, qəsəbəyə zibil qabları qoyulmayıb. Rəsmi olaraq Xəzər-xəbərə bildiriblər ki, zibil qutuları qoyulmasa da qəsəbədən məişət tullantıları maşınlar vasitəsi ilə toplanılır. haqqında danışılan ərazi isə şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir.
Əraziyə toplaşan itlərlə bağlı məsələyə gəlincə, Elmar Əliyev deyir ki, ancaq GEM və Baytarlıq idarəsi tərəfindən verilən rəyə əsasən Təmzilik idarəsi bu heyvanların toplanmasını həyata keçirə bilər.