Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa-Belarus sərhədində mühacirlərin sayı artır

Polşa-Belarus sərhədində mühacirlərin sayı artır

Tarix: 12 Noyabr 2021 21:24

Polşa-Belarus sərhədini keçməyə çalışan mühacirlərin sayı artmaqda davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Polşanın Sərhəd Mühafizəsi Xidmətinin Byala-Podlyask bölməsinin mətbuat katibi Katajina Zdanoviç jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

"Mühacirlərin sayı artmaqda davam edir. Hazırda Kuznitsa düşərgəsində mindən çox mühacir toplaşıb", - deyə Katajina Zdanoviç bildirib. Onun sözlərinə görə, ümumilikdə sərhəd yaxınlığında 4 minə yaxın mühacir cəmlənib. Ötən gecə sərhədin qanunsuz keçilməsinə göstərilən iki cəhdin qarşısı alınıb.

Polşanın Müdafiə Nazirliyi özünün "Twitter" səhifəsində bənzər hadisə barədə məlumat yayıb: "Mühacirlər Belarus tərəfdən Kuznitsa sərhəd-keçid məntəqəsini keçməyə cəhd edərkən Polşa ordusu, sərhədçilər və polis əməkdaşları tərəfindən saxlanılıb".

Qeyd edək ki, noyabrın 8-dən etibarən Belarus Respublikasının Latviya, Litva və Polşa ilə sərhədlərində miqrasiya böhranı kəskinləşib. Belarus tərəfdən Polşa sərhədinə cəmlənən minlərlə insan tikanlı məftilləri qıraraq Polşa ərazisinə daxil olmağa cəhd edib. Avropa İttifaqı ölkələri Minski böhranı qəsdən gərginləşdirməkdə ittiham edir və sanksiyaların tətbiqinə çağırır. Belarus Prezidenti Aleksandr Lukaşenko isə öz növbəsində böhranın yaranmasında fəaliyyətlərinə görə insanların müharibədən qaçdığı Qərb dövlətlərini günahlandırır.


Etiketlər:  Polşa Belarus sərhədində mühacirlərin sayı artır


RƏYLƏR