Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 17:54
Tailandın Ədliyyə Nazirliyi krallığın bəzi həbsxanalarının məhbuslarına it saxlamağa icazə verəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ev heyvanları yeni sahiblərə narahatlığı, depressiyanı və məhkumlar arasında antisosial davranışı aradan qaldırmağa kömək edəcək.
Bu, pilot layihədir. Hazırda layihədə yalnız dörd həbsxana iştirak edir. Bununla heyvan terapiyasının effektivliyi yoxlanılacaq. Ehtimal olunur ki, bu yolla məhbuslar həbsdən çıxdıqdan sonra cəmiyyətə qayıtmağa psixoloji cəhətdən hazırlaşa biləcəklər.
Məhbus xarakterinə və xasiyyətinə uyğun it seçəcək. Bundan əlavə, məhbuslara heyvanlarla düzgün davranmaq və onlara qulluq etmək öyrədiləcək.
Təşəbbüs uğurlu olduğu halda, hökumət onu ölkənin digər islah müəssisələrinə də şamil etmək niyyətindədir.