Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 18:12
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ordu hərbçilərini həbsxanalarda saxlayır.
Bunu respublikanın keçmiş vitse-prezidenti Əmrullah Saleh "Twitter" səhifəsində yazıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, siyasətçi "Taliban"ı İŞİD-in yüzlərlə üzvünü saxladığı barədə dediklərini yalan adlandırıb. Onun sözlərinə görə, həbsxanalarda Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hərbçiləri, hüquq müdafiəçiləri və Taliban rejimi ilə razılaşmayan əfqanlar var.
Saleh onu da vurğulayıb ki, yaraqlılar hələ də jurnalistlərin cəzaçəkmə müəssisələrinə getməsinə icazə verməyiblər.