Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tetçer Andropovun dəfnində niyə ağlayıb? - “Dəmir ledi”nin şaxtalı Moskvaya sirli səfəri

Tetçer Andropovun dəfnində niyə ağlayıb? - “Dəmir ledi”nin şaxtalı Moskvaya sirli səfəri

Tarix: 13 Noyabr 2021 19:14

"Dəmir ledi"nin 1984-cü ildə Yuri Andropovun dəfnində iştirakı heç də gözlənilən hadisə deyildi. O, Leonid Brejnevin dəfn mərasimində yox idi, həmin mərasimdə Britaniyanı xarici işlər naziri Frensis Pim təmsil edirdi.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Britaniya Baş nazirinin Brejnevin dəfnində yoxluğunun səbəbi SSRİ-nin siyasəti, xüsusən də sovet qoşunlarının Əfqanıstana yeridilməsi ilə qəti şəkildə razılaşmaması ilə bağlı idi.

Ancaq xanım Tetçer uzun illər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş və ölkəyə rəhbərlik etdiyi qısa müddət ərzində özünün kapitalist Qərbə qarşı ardıcıl mübariz olduğunu bəyan edən Andropovun dəfn mərasimində iştirak edib, hətta göz yaşları da axıdıb.

Tabut üstündə hüzn normal bir şeydir, amma bildiyimiz kimi böyük siyasətdə istənilən personanın hər addımı mikroskop altında izlənilir. Buna görə də heç kim heç nəyi elə-belə etmir.

"Dəmir ledi"nin özü də SSRİ-yə Andropovun dəfn mərasiminə gəldiyini xatırlayarkən qeyd edib ki, baş katibin dəfnində dini komponentlərin tamamilə olmaması onu heyrətə gətirib. O, həmçinin, havanın nə qədər soyuq olduğunu da xatırlayıb (qeyd edək ki, Yuri Andropov fevralın 9-da vəfat edib, fevralın 14-də saat 12-də Qızıl meydanda Kreml divarları yanındakı nekropolda dəfn olunub-S.Həmid). SSRİ-nin Böyük Britaniyadakı o vaxtkı səfiri L.Zamyatinin sözlərinə görə, 1984-cü ilin dekabrında Londonda Qorbaçovla keçirilən görüşdə M.Tetçer Moskva səfərini xatırlayaraq deyib: "Məni necə qoruduqları yadımdadır. Şaxta idi, mən isə nazik corabda və yüngül kostyumda idim".

Aydındır ki, Tetçer soyuqdan donub qalmışdı. O, Andropovun tabutunun üstündə göz yaşları tökürdü ki, bu da onun çox az tanıdığı bir insana səmimi rəğbətinə görə deyildi.

Onun Moskvada peyda olmasının səbəbi daha praqmatik idi. Xanım baş nazir görkəmli siyasətçiyə yaraşan bir şəkildə başa düşürdü ki, SSRİ-də ciddi dəyişikliklər dövrü yetişir. Və o, onilliklər ərzində Qərbin ən güclü geopolitik rəqibi olan ölkədə situasiyanın necə olduğunu öz gözləri ilə görməli idi.

O, Andropovun varisi olacaq Çernenkonu görür və analitiklərin bu şəxsin də müvəqqəti fiqur olduğuna dair proqnozlarının doğruluğuna əmin olur. Memuarlarında yazdığı kimi, soyuq olduğu üçün ona ayaqqabılarını xəz çəkmələrlə dəyişməyi məsləhət görürlər və o bunu edir. Xanım Tetçer daha sonra yazır: "Cənab Çernenkoya baxdıqdan sonra başa düşdüm ki, tezliklə mənə yenidən qış çəkmələri lazım olacaq".

O, həmin vaxt Sov.İKP MK-nın ikinci katibi, SSRİ Ali Sovetinin Xarici Əlaqələr Komitəsinin sədri olan Mixail Qorbaçovu da görür.

Oksford Universitetinin professoru, britaniyalı politoloq Braun Arçi öz xatirələrində yazır ki, Qorbaçov fiquru Marqaret Tetçeri hələ Andropovun sağlığında maraqlandırırdı. Və onun baş katibin dəfn mərasimi zamanı Moskvada peyda olmasının səbəbi Mixail Sergeyeviçlə şəxsən tanış olmaq idi.

Milli.Az


Etiketlər:  Tetçer Andropovun dəfnində niyə ağlayıb Dəmir ledinin şaxtalı Moskvaya sirli səfəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ