Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisi gəlirlərin və xərclərin uçotunu aparmadıqda maliyyə sanksiyası tətbiq edilirmi?

Vergiödəyicisi gəlirlərin və xərclərin uçotunu aparmadıqda maliyyə sanksiyası tətbiq edilirmi?

Tarix: 14 Noyabr 2021 22:02

Vergi Məcəlləsinə əsasən nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, burada əsas məqsəd vergiödəyicisinin sənədi olmayan və satışı həyata keçirilən mallarına (iş xidmətlərinə) görə maliyyə sanksiyasının tətbiq edilməsidir.

"Məsələn, mebel istehsalı ilə məşğul olan vergiödəyicisi dövr ərzində 40 min manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib. Belə olduqda, vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda isə topdansatış qiymətinə uyğun hesablama həyata keçirir və vergi qanunvericiliyinə uyğun olaraq, 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edir", - deyə A.Bayramov qeyd edib.


Etiketlər:  Vergiödəyicisi gəlirlərin xərclərin uçotunu aparmadıqda maliyyə sanksiyası tətbiq edilirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ