Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti müharibə başlayır? - Ermənistanı azğınlaşdıran SƏBƏB

Növbəti müharibə başlayır? - Ermənistanı azğınlaşdıran SƏBƏB

Tarix: 16 Noyabr 2021 17:45

"Ermənilərin təxribatlarının artmasında gözlənilməyən bir şey yoxdur. Əgər biz ümumiyyətlə Ermənistanla münaqişə başlayandan və onların işğalçılıq siyasətindən bu günə kimi nəzər salsaq, görərik ki, ermənilər dəsti-xətti eynidir, heç nə də dəyişməyib, hələ dəyişə də bilməyəcək kimi görünür".

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Ermənistan müəyyən təzyiq altında sülh müqaviləsinə qol çəkməmək üçün belə bir gərginlik yaradır:

"Sülh sazişinin imzalanmasına doğru gedildiyi bir vaxtda bunu istəməyən istər Ermənistan daxili, istərsə də xarici revanşist qüvvələr, diasporalar, bəzi iri dövlətlər  Azərbaycanın zəfərini həzm etmək istəmirlər. Təbii ki, bu da sərhəddə təxribatların çoxalmasına gətirib çıxartdı.

Təxribatları çoxaldan amillərdən biri də Paşinyanın Ermənistanda söz sahibi olmamasıdır. Ötən gün Arşak Karapetyanı da vəzifəsindən istefaya göndərməsi də onu göstərir ki, onun komandasına ona xidmət edən siyasətini həyata keçirən insanlar çox azdır. Deyərdim ki, bu da Paşinyanın gah Rusiya, gah da Qərb, ABŞ-la masa arxasında oturmasının nəticəsidir. Ümumiyyətlə görünür ki, Ermənistanda hakimiyyətə kim gəlir gəlsin, o, müəyyən qüvvələrə xidmət edən, onların sifarişlərini yerinə yetirən bir qruma çevrilir, bunun da nəticəsində müstəqil siyasət yürüdə bilmirlər. 

Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş Qarabağ klanının gücünü zəiflətməyə, kapitallarını azaltmağa çalışsa da, son proseslərdən belə aydın olur ki, onların hələ də gücləri var. Hazırda onların əlində təxribatlar törətmək, terrorçuluq, atəşkəsi pozmaq üçün geniş imkanları var. Hazırda ermənilər çalışırlar Azərbaycanın ərazisində postlar qursunlar, yüksəklikləri ələ keçirsinlər. Ancaq Azərbaycan Ordusu öz işini görür. 

Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlı qüvvələr yaxşı-pis xidmətləri davam edir. Bəs Azərbaycan sərhədləri daxilində, Şuşa ətrafında niyə ermənilər bu cür təxribatlar törədirlər?! Ona görə ki, hələ indiyə kimi də qanunsuz silahlı qüvvələrin olduğu, hələ ki, Azərbaycan qanunlarının müvəqqəti olaraq işləmədiyi ərazidə nəzarəti Rusiya sülhməramlı qüvvələri aparır. Bu nəzarətin bir mexanizmi də ondan ibarətdir ki, qanunsuz silahlı birləşmələr tərkisilah edilməlidir. Necə olur, Suriyada İŞİD-ə qarşı çıxırlar, deyirlə İŞİD qanunsuz silahlı birləşmələrdir, terrorçudurlar, orada silahlıları tərkisilah edirlər, zərərsizləşdirirlər. Amma Azərbaycan ərazisində sülhməramlılar yanlarında gəzən silahlı erməniləri tərkisilah etmirlər. Hansı qanun əsasında onlar hələ də həmin ərazilərdə qalıblar?!

Hələ də silahlı ermənilərin təxribatlar törətmək üçün imkanları var. Hələ ki, ermənilər qumbara və digər silahlarla hətta Rusiyanın cavabdehlik daşıdığı Laçın dəhlizindən keçərək sərbəst hərəkət edirlər. O zaman sual ortaya çıxır: Onda rus sülhməramlıları o blok-postları niyə qurublar? Əgər oradan silahlı şəxslər keçə bilirlərsə, Rusiya sülhməramlı qüvvələri orada kimi, nəyi yoxlayırlar? Belə çıxır ki, Azərbaycan tərəfini yoxlamaq üçün orda mövqe tutublar. 

Ermənilər artıq səhədboyu artileriyadan mövqelərimizi almağa başlayıb. Azərbaycan onlara cavab verir və bu belə də davam edəcək. Atəşkəsin elan edilməsində əsas tərəflərdən biri olan Rusiya da bu təxribatlara müdaxil imkanına malikdir. Düşünmürəm bu gərginlik çox dərinə getməyəcək. Hər halda bütün bu addımlar onu göstərir ki, erməni tərəf müəyyən təzyiq altında sülh müqaviləsinə qol çəkməmək üçün belə bir gərginlik yaradır ki, sülh barədə söhbət getməsin. Eyni zamanda bu təxribatlar Zəngəzur dəhlizinin açlmasını əngəlləmək məqsədi daşıyır. Bu fonda istəyirlər ki, Azərbaycanla Rusiya arasında müəyyən soyuqluq yaratsınlar. Amma bütün bu təxribatların qarşısını Azərbaycan tərəfi alacaq və bu məsələ dərhal Rusiyadan da reaksiya veriləcəyini düşünürəm. Çünki ya Ermənistan tərəfi atəş açmamalı idi, ya da ki, ermənilərin adından sərhədlərinin toxunulmazlığına görə cavabdehlik daşıyan ruslar gərək bu məsələ müdaxilə etsinlər, yenidən atəşkəs bərpa edilsin".

Təhməz Əsədov


Etiketlər:  Növbəti müharibə başlayır Ermənistanı azğınlaşdıran SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ