Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 14:16
"Google Photo" servisində istənilən şəkildə mətnləri axtarmağa imkan verən (OCR) simvollarının optik tanınması funksiyası əlçatan olub. Şirkətin tvitter bloqunda məlumat verilib ki, bu imkan bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, "Google Photo" servisi istənilən çap mətnini onun ölçüsündən və ya yerləşmə bucağından asılı olmayaraq tapa bilir. Tapılmış fraqmenti bir düyməyə sıxmaqla köçürmək mümkündür. OCR funksiyası həm “Android” və “iOS” üçün tətbiqlər, həm də veb kliyentdə əlçatan olacaq.
Emil Hüseynov