Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tailandda peyvənd olunanlara nəqliyyatda 20 faiz endirim edilir

Tailandda peyvənd olunanlara nəqliyyatda 20 faiz endirim edilir

Tarix: 19 Noyabr 2021 23:40

Tailandda əhalinin COVID-19 virusu əleyhinə vaksinasiyaya marağını artırmaq üçün təşviqedici aksiyalar keçirilir. Bunlardan biri də peyvənd olunanlara nəqliyyatda gediş haqqı üçün 20 faiz endirimlərin tətbiqidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Tailandın Səhiyyə Nazirliyi ilin sonunadək əhaliyə 100 milyon doza peyvənd vurulmasını hədəfləyib. İndiyədək 85 milyon doza vaksin vurulub. Nazirlik qarşıya qoyulan hədəfə nail olunması üçün müxtəlif məcburedici qaydalar və təşviqedici aksiyalara start verib. Belə ki, bəzi məkanlara yalnız tam peyvənd olunanların girişinə icazə veriləcək.

Tailandın bəzi vilayətlərində isə əhalini vaksinasiyaya təşviq etmək üçün peyvənd olunanlara lotereya oynamaq və müxtəlif mükafatlar qazanmaq təklif olunur.

Hökumət vaksinasiyanı sürətləndirmək üçün mobil vaksin xidmətini istifadəyə verməyi planlaşdırıb.

Qeyd edək ki, Tailandda COVID-19 virusuna qarşı vaksinasiya prosesində "AstraZeneca", "Pfizer/BioNTech", "Sinopharm" və "Sinovac" peyvəndlərindən istifadə olunur.


Etiketlər:  Tailandda peyvənd olunanlara nəqliyyatda faiz endirim edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ