Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 16:22
44 günlük vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızından biri də mingəçevirli Pərviz Tağıyevdir. Murovdağ yüksəkliyi və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərən Pərviz ölümündən sonra 3 medalla təltif edilib. Onun xatirəsini əbədiləşdirmək üçün yaşadıqları binanın qarşısında abidə-bulaq kompleksi inşa edilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, işğal altındakı torpaqlarımızın azad edilməsində onun da payı var. O da parlaq qələbənin qazanılmasında canını fəda edib. Söhbət Mingəçevir sakini Pərviz Tağıyevdən gedir.
1990-cı ildə anadan olan Pərviz orta məktəbi başa vurduqdan sonra, hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən bir müddət sonra, 2014-cü ildə yenidən ordu sıralarına qayıdaraq MAXE kimi qulluq etməyə başlayır.
Qəhrəman kəşfiyyatçımız döyüşlər zamanı Murovdağ yüksəkliyi, eləcə də Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
Ötən il sentyabrın 29-da qəhrəmancasına şəhid olmuş Pərviz Tağıyevin nəşi 7 ay 10 gün sonra tapılaraq ailəsinə təhvil verilib.
Qəhrəman şəhidimiz ölmündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binanın qarşısında abidə-bulaq kompleksi inşa edilib. Valideynləri hər gün abidəni ziyarət edir, ətrafda təmizlik işləri aparırlar. Bununla da bir növ rahatlıq tapdıqlarını deyirlər.