Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türbət nə deməkdir?

Türbət nə deməkdir?

Tarix: 21 Noyabr 2021 20:12

Ərəb dilindən tərcümədə bu söz torpaq mənasını verir. Buna oxşar "turab" kəlməsi də eyni mənada işlənir. Klassik ədəbiyyat nümunələrində də "türbət" kəlməsi torpaq mənasında işlədilir. Daha dar çərçivədə dini termin olaraq, türbət - müqəddəs məkanlardan götürülmüş torpaq kimi anlaşılır. Əsasən, Kərbəlada İmam Hüseynin (ə) məzarının torpağını türbət adlandırırlar. Türbət torpaq müqəddəs məkandan götürüldüyü üçün onu təbərrük sayır, xəstəlik və çətinliklərdən xilas olmaq üçün istifadə edirlər. Dini mənbələrdəki məlumatlara görə, azacıq midarda türbəti (təxminən noxud boyda) suya qarışdırıb içmək insana mənəvi və fiziki rahatlıq gətirir, bəzi xəstəliklərdən şəfa verir. Türbət torpaqdan hazırlanmış möhür və təsbehlər dindarlar tərəfindən yüksək qiymətləndirilir. Qeyd edək ki, saf və qatqısız türbət nadir tapılır. Əksər Kərbəla möhürlərinə və təsbehlərinə əsil türbətdən təbərrük olaraq az miqdarda qatılır.


Etiketlər:  Türbət deməkdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ