Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 19:00
Bakı. Trend:
Çin nümayəndələri ticarət mövzusunda məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Vaşinqton bu addımı alqışlayır.
Trend-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində Misir prezidenti Abdel Fattah as Sisi ilə görüşdən əvvəl deyib.
D.Trampın sözlərinə görə, Çin nümayəndələri bazar günü axşam ABŞ rəsmilərinə zəng edərək məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını bildiriblər.
ABŞ prezidenti vurğulayıb ki, ÇXR rəhbərliyi bunun düzgün addım olduğunu başa düşür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin