Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qış gəldi, amma binada istilik yoxdur - Kim həll etməlidir? - VİDEO

Qış gəldi, amma binada istilik yoxdur - Kim həll etməlidir? - VİDEO

Tarix: 22 Noyabr 2021 15:54

Ölkə ərazisində noyabrın 15-dən istilik sistemi işə salınsa da, bəzi yaşayış binaları hələ də istiliklə təmin olunmayıb. Səbəblər isə müxtəlif olduğu qədər də qəribədir. Belə yaşayış binalarından biri də Nizami rayonunda yerləşir. "XəzərXəbər"in çəkiliş qrupu sözügedən ərazidə olarkən binaya istilik verilib. Bəs istiliyin gecikməsinə səbəb nə olub? Sakinlər niyə 6 gün gözləmək məcburiyyətində qalıblar? Yaranan problemlə bağlı aidiyyatı qurum hansı açıqlamanı verib?  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Nizami rayonu Tofiq Abbasov küçəsində yaşayan 9 mərtəbəli binanın sakinləri mənzillərə istiliyin vaxtında verilməməsindən şikayətçidirlər.Onların sözlərinə görə, evlərini digər vasitələrlə qızdırmaq məcburiyyətində qalıblar.

Sakinlərin sözlərinə görə istiliyin vaxtında verilməməsi onları əlavə xərcə salır.

Akinlərin şikayəti əsasında yollandığımız Sözügedən bina Azəristiliktəchizata məxsus 4 saylı İstilik Sistemləri İstismar Sahəsi vasitəsi ilə istiliklə təmin olunur. Çəkiliş apardığımız zaman əraziyə qazanxanın əməkdaşları da gəldi. Onlardan porblemən nədən qaynağlandığını öyrənməyə çalışdıq

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki həmin bina tikinti korporotivinə məxsusdur.Qurum rəsmisi qeyd etdi ki Bina daxili istilik sistemində yaranmış problemlə bağlı onlar vaxtında məlumatlandırılmayıb.

Sakinlər ümid edir ki, bir daha belə problemlə qarşılaşmayacaqlar.

Milli.Az


Etiketlər:  Qış gəldi amma binada istilik yoxdur Kim həll etməlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ