Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Festivalımız da kinomuzun günündədir” - Tədbirdə qalmaqal

“Festivalımız da kinomuzun günündədir” - Tədbirdə qalmaqal

Tarix: 24 Noyabr 2021 14:25

Ötən gün Nizami Kino Mərkəzində keçirilən Qısa Filmlər Festivalında qalmaqal yaşanıb.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu barədə aktyor İbrahim Çingiz məlumat verib. O, tədbirdən görüntülər paylaşaraq insanların ayaq üstdə qaldığını bildirib:

"Festivalın finalında oturmağa yer yox idi. Beynəlxalq festivalda oturmağa yer yox idi, festivalımız da kinomuzun səviyyəsindədir. Ən maraqlısı da odur ki, festivalın iştirakçısı yuxarı mərtəbədə gözləyir ki, birdən işdir ona yer olsa, məcburən ikinci mərtəbədən aşağı düşsün. Yəni, festivalın iştirakçısı ayaq üstdə dayanır. Ona görə də kinomuz bu gündə, bu səviyyədədir. Nə vaxtadək festivallar bu vəziyyətdə keçiriləcək, kinomuz da bu gündə olacaq".

Milli.Az


Etiketlər:  Festivalımız da kinomuzun günündədir Tədbirdə qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ