Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yaşayan emənilər - Sayları heyrət doğurur

Türkiyədə yaşayan emənilər - Sayları heyrət doğurur

Tarix: 26 Noyabr 2021 14:08

Qardaş Türkiyənin məşhur "Milliyet" qəzetinin köşə yazarı Hakkı Öcal Türkiyə-Ermənistan münasibətlərindən bəhs edən köşə yazısında yazır ki, 1993-cü ildən Türkiyə-Ermənistan sərhədi bəlli səbəblərdən bağlıdır:

"Bizim siyasətçilərlə işimiz yoxdur. Amma erməni xalqının ürəyi və yolu Türkiyəyə açıqdır. O yollarla Türkiyəyə gələn və hazırda Türkiyəni vətən kimi görən erməni qardaşlarımızın sayını 11 il əvvəl Tansu Çillər 30 min, Ərdoğan isə 100 min elan etmişdi. İndi bu rəqəmi 350 min kimi qiymətləndirənlər var". 

Əlavə edir ki, Koç Universiteti Miqrasiya Araşdırma Mərkəzi bu mühacirlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı çox ətraflı hesabat dərc edib. Bu mühacirlərin əksəriyyəti evli, orta məktəbi bitirən şəxslərdir və gəldikləri yerlərdə iş tapa biliblər. Və sual edir niyə? Ardınca da yazır ki, çünki "Böyük Ermənistan" cəfəngiyyatını xəyal etmirlər.

"Türkiyəsiz Ermənistan Fransa və Rusiyanın köməyi ilə süfrəyə düşən qırıntılarla yaşaya bilər"

Müəllif vurğulayır ki, Ermənistan xalqı bilir ki, Türkiyəsiz Ermənistan Fransa və Rusiyanın köməyi ilə süfrəyə düşən qırıntılarla yaşaya bilər. 1992-ci ildə Qarabağın işğalı həm də o vaxtkı hakimiyyətin "Böyük Ermənistan" xülyası erməni xalqı üçün fəlakət oldu. Aradan keçən 20 il ərzində Ermənistan heç vaxt sülh içində olmayıb. Türkiyə Ermənistanın postsovet müstəqilliyini tanıyan ilk ölkə olub. Necə ki, 1918-ci ildə rus boyunduruğundan qurtulan və yeni qurulan Ermənistanı tanıyan ilk ölkə məhz Türkiyə olub.

"Necə oldu ki, mədəniyyətləri əsrlər boyu qarşılıqlı əlaqədə olan bu iki xalq arasında belə bir düşmənçilik, xüsusən də minillik Azərbaycan torpaqlarını işğal etmək üçün aqressiv düşmənçilik yaranıb? Bu sualın cavabını ABŞ-ın eks-prezidenti (oğul) Buşun dövründə regionu yenidən dizayn etmək üçün öz arzularını reallaşdırmaq üçün qollarını çırmalayan neomühafizəkarlıq hərəkatının fəaliyyət planında tapa bilərik. Bu planın ilk podratçıları görüşmək üçün gözlənilməz yerlərdən gəldilər. Məsələn, özünü demokrat-liberal kimi qələmə verən Corc Soros və Açıq Cəmiyyət Assosiasiyası açıq-aşkar faşist Koç qardaşları ilə ittifaqda neokon militarizmini liberal müdaxiləçiliklə qarışdırdı. Bu görüşün ilk bəhrələrindən biri Nikol Paşinyanın özünü belə heyrətə salan seçkilərdə qələbəsi oldu.

"Paytaxtı Soçi şəhəri olacaq Böyük Ermənistan puş oldu"

Rəngarəng "xalq inqilabları" hələ də xatırlanmalıdır. Bununla belə, Paşinyan müharibə tərəfdarı deyildi. Lakin zəif adam idi və Qarabağdan sülh yolu ilə geri çəkilə bilmədi. Ən əsası Fransa və ABŞ-dakı erməni diasporunun bütün cəhdlərinə baxmayaraq, paytaxtı Soçi şəhəri olacaq Böyük Ermənistan xəyalı baş tutmadı. Azərbaycan vaxtında müdaxilə ilə faktiki olaraq Paşinyana və bütün ermənilərə ən böyük yardımı göstərdi - "Böyük Ermənistan" xəyalına son qoydu.

Məqalə müəllif yazır ki, "ötən həftə Azərbaycana hücum edən şəxslər Ermənistan ordusunun başında olsalar da, bu hücum ordunun əmri ilə olmayıb. Paşinyan dekabrın sonunda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə keçirəcəyi görüşdə öz ordusuna tam nəzarəti ələ keçirmək üçün lazımi dəstəyi tapmaq istəyir. Bu görüşün digər əlavə məhsulu Paşinyanın sərhədlərin açılması üçün Türkiyə ilə danışıqlara başlamaq üçün cəsarət tapması olacaq. İnanırıq ki, darıxdığımız "Dost Ermənistan" imicinə nail olmaq fürsəti Brüsseldə yaranacaq. Təbii ki, bu görüşə ev sahibliyi edəcək Aİ bürokratları, ABŞ və Fransa ilə məkrli ittifaqlar Paşinyanı onun girdiyi düz xəttdən döndərəcək xəyanət planlaşdırmayıblarsa!"

Azər NURİYEV
Milli.Az


Etiketlər:  Türkiyədə yaşayan emənilər Sayları heyrət doğurur


RƏYLƏR