Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 20:14
Aktyor Ekin Mert Daymaz eşq həyatı ilə yenidən gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyorun həmkarı Melisa Şenolsun ilə eşq yaşadığı ortaya çıxıb. Cütlük ötən gün Cihangirdə görüntülənib. Ekinlə Melisa əl-ələ obyektivlərə tuş gəlib.
Onların artıq bir aydır münasibətdə olduğu, lakin gizli saxlamaq üçün hətta sosial mediada belə bir-birlərini izləmədikləri məlum olub.
Qeyd edək ki, Melisa hazırda "Masumlar apartmanı" serialında Rüya obrazını canlandırır.
Ekin bu münasibətə qədər Hande Erçel, Melisa Döngel və Eliz Sakuçoğlu kimi adlarla sevgili olub.