Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 23:15
"Hamilələrin toy mərasimləri və digər yığıncaqlarda iştirakı düzgün deyil".
Sonxeber.net xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova "TƏBİB məsləhəti" proqramında deyib.
O qeyd edib ki, işləyən hamilə qadın iş yerində digər şəxslərlə sosial məsafəni qorumalıdır: "Eyni zamanda hamilələr dügzün qidalanmalı, təmiz havada çox vaxt keçirməlidir".
T.Həsənova bildirib ki, COVID-19 virusu hamilələrin doğuş prosesinə dolayısı ilə təsiri var: "Təbii ki, normal doğuş mümkündür. Əgər hamilələrdə xəstəlik ağırdısa o zaman qeysəriyyə üçün göstəriş olur. Hamiləlik zamanı qanı durulaşdırmaq üçün verilən dərman doğuşdan sonra müəyyən çətinlik yarada bilər". /medicina.az