Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

Tarix: 27 Noyabr 2021 16:54

Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammının aşkar edilməsindən sonra Avropa, Amerika və Asiyada bir çox ölkələr sərhədlərdə məhdudiyyətlərlə bağlı qərar qəbul edir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən ştamm mövcud peyvəndlərə qarşı dayanıqlı ola bilər. Bu isə Avropa və Asiyada yeni dalğa təhlükəsinə səbəb ola bilər.

Artıq Böyük Britaniya Cənubi Afrika ölkələrindən uçuşları məhdudlaşdırır. Sözügedən regiondan ölkəyə qayıdan britaniyalılar isə karantin müddətini keçməli olacaqlar. Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də Aİ-nin də CAR və ona qonşu ölkələrlə uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.


Etiketlər:  Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ