Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Duzu hansı məhsullarla əvəz etmək olar?

Duzu hansı məhsullarla əvəz etmək olar?

Tarix: 28 Noyabr 2021 12:15

Həkim-diyetoloq Oleq İrişkin bildirib ki, xörək duzunu göyərti və ədviyyatla əvəz etmək olar. O, Sputnik Radiosuna müsahibəsində duz qəbulunu azaltmağa çağırıb.

Mütəxəssis rasionda böyük miqdarda natriumun infarkta, insulta və duz balansının pozulmasına səbəb ola biləcəyini qeyd edib. Natrium təzyiqi artırır.

Əgər insan hipertoniyadan əziyyət çəkirsə, o zaman gün ərzində 3 qramdan çox duz yeyə bilməz, sağlam insanın norması isə 5 qramdır.

İrişkin onu da əlavə edib ki, məhsulların tərkibindəki duzun miqdarı adətən qablaşdırmanın üzərində göstərilir.


Etiketlər:  Duzu hansı məhsullarla əvəz etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ