Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 14:09
Bakı. Trend:
Bakı sakinindən avtomat silah və patronlar götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 ədəd patron götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin