Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada dünyada günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verilib

Britaniyada dünyada günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verilib

Tarix: 27 Avqust 2019 17:04

“Riding Sunbeams” şirkəti Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryol xəttini istifadəyə verib. Sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir. Şirkətin rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb. Bu layihənin özəlliyi odur ki, günəş elektrik stansiyası xüsusi olaraq dəmir yolu üçün qurulub.

 

Emil Hüseynov




Etiketlər:  Britaniyada dünyada günəş enerjisi ilə işləyən dəmir yolu istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ