Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacıbəbir kəndinin məktəb problemi - VİDEO

Hacıbəbir kəndinin məktəb problemi - VİDEO

Tarix: 2 Dekabr 2021 14:40

İzlədiyiniz video qaynar xəttimizə Sabirabad rayonu Hacıbəbir kənd ümumi orta məktəbinin valideynləri tərəfindən göndərilib.

100 dən çox şagirdi olan təhsil ocağı uçuq sökük damı, çart düşmüş divarları ilə daha çox ocağı sönmüş binaya bənzəyir. Tikintisi 40 ilə yaxın dövrü əhatə edən məktəbin ocağını yəqin ki, deşik damından içəri yağan yağış söndürüb. Bunlar əslində kitaba yazılmalı problemlərdi. Siniflərdən gələn dərs izzahından çox həyətindəki toyuq-cücə səsindən az qala qulaq batan məktəbin dərdinə çarə tapan yoxdur. Deyilənə görə məktəbin gecə qarolçusu burda mənəm Bağdadda kor xəlifə deyib məktəb ərazisində mal damı tikib, hələ bostanda əkib. Üstəlik heç bir şikayətdən də qorxmadığını bildirir. Bir sözlə 3 kəndin gözünü dikdiyi məktəbin həyətində hər nə desən tapmaq mümkündür.

Hasarı da bəlli olmayan səbəblərdən sökülən məktəbin valideynləri və şagirdləri son çarəni elə verlişimiz vasitəsi ilə kömək diləməkdə görüblər.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, bu barədə məlumatımız var. Növbəti ildən məktəbin təmir olunması və ya yenidən tikilməsinə qərar veriləcək.

Nə deyək növbəti ilə 1cə ay qalıb. Şagirdlərə dözüm , valideynlərə isə hələ ki, səbr diləyirik. Tezliklə təhsil ocağına bir çarə qılınması ümüdü ilə.

Milli.Az Real Tv-nin hazırladığı sujeti təqdim edir:

Milli.Az


Etiketlər:  Hacıbəbir kəndinin məktəb problemi VİDEO


RƏYLƏR