Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səs, küy, iddia və hikkə: budəfəki ssenari çox bəsit oldu

Səs, küy, iddia və hikkə: budəfəki ssenari  çox bəsit oldu

Tarix: 2 Dekabr 2021 15:18

Ötən gün xalqımız hərbi təlimlər zamanı şəhid düşən hərbçilərini dəfn edən zaman özlərini ictimai fəal adlandıran (əslində AXCP sədri Əli Kərimlinin tərəfdarları) bir qrup şəhərin düz mərkəzində, insanların sıx olduğu məkanda aksiya keçirməyə cəhd göstərib. Tələbləri həbsdə olan AXCP üzvü Saleh Rüstəmovun azad edilməsi olsa da, əlbətdəki hədəf başqa olub. İctimai rəyi özünə cəlb etmək üçün ucuz yola əl atan bu insanların hədəfi bəllidir - nəyin bahasına olursa-olsun gündəmdə qalmaq. Bəli, aksiyanın qarşısı qanuni vasitələrlə alındı və saxlanılanlar xəbərdarlıq edildikdən sonra buraxıldı. Lakin proseslərin gedişi göstərdi ki, onların hədəfi heç də Saleh Rüstəmov olmayıb. Aksiyadan sonra qaldırdıqları səs-küy də bunu göstərir. Görəsən şəhərin mərkəzində qarışıqlıq yaradıb insanların hüquqlarını pozan bu şəxslər nə gözləyirdilər? Polis sakitcə durub onlara tamaşa etməliydirmi? Çəkdikləri kadrlardan da görünür ki, polis onlara xəsarət yetirmədən bir-bir ərazidən uzaqlaşdırır. Və anlamırlar ki, dünyanın hər bir ölkəsində də belədir. Etiraz aksiyaları əgər icazəsizdirsə, qarşısı mütləq alınmalıdır.

Bəs onların azadlığını tələb etdikləri şəxs əslində kimdir? Bəli, torpaqların azad olunmasında iştirak etmək hər kəsin müqəddəs borcudur. Və Rüstəmov da hər bir Azərbaycan vətəndaşı kimi bu borcunu ödəyib.  Ancaq qanun qarşısında da hər kəs bərabərdir. Faktlara nəzər salaq. Bu şəxs 2012-ci ildə AXCP sədri Əli Kərimlinin birbaşa tapşırığına əsasən Moskvada Qənimət Zahidlə görüşüb, sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlılarla əlaqə yaradıb, təşkilata üzvlük və maddi dəstək göstərilməsi işinə onların bir qismini cəlb edib. 2016-cı ilin martından S.Rüstəmov Ə.Kərimliyə partiyanın fəaliyyətinə kömək məqsədilə şəxsi büdcəsindən, habelə RF-də yaşayan keçmiş AXCP üzvü və tərəfdaşları olan azərbaycanlıların hər birindən aylıq 500-1000 ABŞ dolları toplayıb. Yığılan vəsaitin 20-25 min dollarını Ə.Kərimli üçün Bakıya, 3000-5000 avronu isə "Azərbaycan Saatı" verilişinin yayımının və Avropada fəaliyyətinin genişləndirilməsi üçün Q.Zahid və Natiq Ədilova göndərib. Bu şəxs bir növ "kassir", "pul gətirən" funksiyasını yerinə yetirib.

Özü də S.Rüstəmov Ə.Kərimliyə hər ay qanunsuz yolla pulların göndərilməsi işinə qardaşı oğlu Vidadi Rüstəmlini də cəlb edib. V.Rüstəmli pulları Bakıda qəbul edərək ayrı-ayrılıqda AXCP rəyasət heyətinin üzvü Aqil Məhərrəmli, gənclər komitəsi ali məclisinin sədri Ruslan Nəsirli və Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov vasitəsilə ümumilikdə 411 952 dollar vəsaiti Ə.Kərimliyə çatdırıb.

Bütün bunlardan sonra 2018-ci ilin mayında S.Rüstəmov və V.Rüstəmli qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaları faktı üzrə DİN BMCMİ tərəfindən cinayət işi başlanaraq həbs ediliblər. Hər halda hələ məhkəmə var və yekun qərarı da o qəbul edəcək. Və indi proses başlamamış ona təzyiq göstərmək üçün bu tip şoular göstərmək heç bir məntiqə sığmır.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Səs küy iddia hikkə budəfəki ssenari çox bəsit oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ