Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seul dünyanın ilk metakainat meqapolisi olacaq

Seul dünyanın ilk metakainat meqapolisi olacaq

Tarix: 2 Dekabr 2021 23:12

Metakainat (metaverse) ətrafında olan maraq getdikcə artır. Cənubi Koreyanın paytaxtı olan Seul şəhəri dünyanın ilk metakainat meqapolisi olacaq. Bu barədə məlumatı Seul hökumətinin (Seoul Metropolitan Government / SMG) təmsilçiləri veriblər. Müvəqqəti adı "Metaverse Seoul" olan layihə çərçivəsində nizamlayıcı orqanlar şəhər həyatının bütün sahələri üçün kommunikasiya ekosistemini yaradacaqlar. Bu təşəbbüs şəhərin virtual versiyasını işə salmağı özündə birləşdirir. Həmin şəhərə isə dünyanın istənilən şəxsi kompüter və ya VR texnologiya vasitəsilə daxil ola biləcək. Seulun metakainatı VR oyunlar kimi əyləncə xarakterli layihə deyil. Bu, Cənubi Koreyanın pandemiya fonunda iqtisadiyyatının yenidən təşkili planıdır. Rəqəmsal reallığın yaradılması özündə iqtisadi, mədəni, turistik, maarifləndirici və dövlət xidmətlərin təqdim edilməsini birləşdirir.

Bu cür xidmətlər gələn ildən başlayaraq istifadəyə veriləcəklər. Bununla belə "Metaverse Seoul" layihəsinin ilk strukturları artıq bu ilin sonundan çalışmağa başlayacaqlar. Layihənin ilkin proqramı Seuldakı Bosinqak adlı zəng qülləsindəki virtual zəng qurğusu şəklində təqdim olunacaq. Ənənəyə əsasən Yeni il ərəfəsində həmin zəng qurğusu yalnız gecə yarısında zəng çalır. Lakin bu dəfə zəng qülləsi eyni anda iki dəfə zəng çalacaq. Onlardan biri real dünyada, digəri isə tarixi qüllənin virtual versiyasında baş verəcək. Beləliklə bu tədbir yeni təqvim ilinin startına işarə edəcək və "Metaverse Seoul" layihəsinin işə düşməsinə təkan verəcək. Yaxın gələcəkdə şəhər hökuməti özəl sektor ilə əməkdaşlıq etməyə başlayacaq. Özəl sektor isə öz növbəsində biznesin və istehlakçıların virtual reallıq üzərindən dəstəklənmələri üçün real xidmətləri rəqəmsallaşdırmaqda köməklik edəcək.

Vətəndaşlar isə öz evlərindən çıxmadan onları narahat edən məsələlər barəsində siyasətçilərə müraciət edə və onları həll edə biləcəklər. 2023-cü ildə SMG ictimai xidmətlərin virtual mərkəzini istifadəyə verəcək. Həmin mərkəz "Metaverse 120 Center" adını əldə edəcək. Məmurlar virtual avatarlar üzərindən mərkəz ziyarətçiləri ilə ünsiyyətdə ola biləcəklər. Bunun sayəsində onlar mərkəz ziyarətçilərinə müxtəlif məsələlər ilə bağlı konsultasiyalar verə biləcəklər. Əvvəllər isə bu cür imkan Seulun şəhər meriyasının mərkəzi üzərindən təqdim edilirdi. Seulun əsas turistik yerləri də virtual turistik zona üzərindən təqdim olunacaqlar.

2 il ərzində şəhərin əsas tədbirləri həmçinin metakainatda da keçiriləcək və planetin istənilən şəxsi həmin tədbirlərdə iştirak edə biləcək. Bundan əlavə olaraq metakainat Cənubi Koreyaya mədəni irsin bərpa olunmasında yardımçı olacaq. Turistik tədbirlərlə yanaşı SMG həmçinin əhalinin sosial cəhətdən həssas təbəqələri üçün müxtəlif xidmətlərin hazırlanmasını da planlaşdırır. Qarışıq Reallıq (AR + VR) sistemləri fiziki məhdudiyyətli insanlara tibbi, psixoloji konsultasiyaların və bu cür insanların əvvəllər ola bilmədikləri yerlərin təqdim edilməsində yardımçı olacaqlar. Seulun meri Oh Se-hoon Seulun təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş 10 illik plana 3.3 milyard dollar ayırıb. Metakainatın yaradılmasına isə həmin vəsaitin bir hissəsi xərclənəcək.


Etiketlər:  Seul dünyanın metakainat meqapolisi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ