Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazik bağırsaq xəstəliklərinin kameralı kapsula udulması ilə diaqnozu

Nazik bağırsaq xəstəliklərinin kameralı kapsula udulması ilə diaqnozu

Tarix: 4 Dekabr 2021 07:12

Ucuna kamera yerləşdirilən, həb böyüklüyündə olan kapsula udularaq nazik bağırsaq xəstəliklərini müəyyən edə bilir.

Yıldırım Beyazıt Universiteti Tibb Fakültəsi, Ankara Atatürk Tədris və Araşdırma Xəstəxanası Daxili Xəstəliklər bölməsinin inzibati və tədris işləri üzrə məsulu, prof. dr. Osman Ersoy ucunda kamera yerləşdirilən, həb böyüklüyündə olan kapsulanın udularaq nazik bağırsaq xəstəliklərini müəyyən edə biləcəyini söyləyib.

Ersoy verdiyi açıqlamada bu prosedurun "kapsula endoskopiyası" adlandırıldığını qeyd edərək bu haqda məlumat verib.

26X11 mm ölçüsündə və 3-4 qram ağırlığındakı kapsula qeydiyyat sistemi və kompyuterdən təşkil olunur. Kapsulanın içində işıq qaynağı, batareya və fotoaparat yerləşir və saniyədə 2 şəkil çəkə bilir. Bu şəkillər radiodalğalar vasitəsilə qeydiyyat cihazına göndərilərək burada toplanır. Kapsulanın batereyasının müddəti təxminən 8 saatdır. Bu müddətin sonunda şəkil çəkmə əməliyyatı bitir. Qeydiyyat cihazında toplanan şəkillər isə xüsusi hazırlanmış proqramlar vasitəsilə kompyuter mühitində video halına gətirilir.

Ersoyun fikrincə, kapsulanın kamerasının 8 saat ərzində apardığı çəkiliş zamanı səbəbi bilinməyən qanaxmalarda qanaxmanın yeri və ya səbəbi, dəmir əskikliyinin səbəbi, kron xəstəliyi, incə bağırsaq şişləri başda olmaqla bir çox xəstəliklər aşkarlana bilir.

Ersoy prosedurun mərhələləri haqqında da məlumat verib: "Xəstənin toplanmış məlumatları kompyuterdə qeyd olunur. Daha sonra qeydiyyat cihazı xəstənin üzərinə bağlanır. Sonra kapsula bir bardaq su ilə içilir. Beləliklə də prosedur başlanmış olur. Xəstənin xəstəxanadakı bununla işi bitmiş olur. Xəstə gündəlik fəaliyyətinə geri dönür. İşinə gedir, idmanla məşğul olur. Xəstənin prosedurdan təxminən 2 saat sonra su içməsinə, 4 saat sonra da yemək yeməsinə icazə verilir. Xəstə bu əsnada heç bir şey hss etmir. Kapsula insan bədənində incə bağırsağın peristaltik hərəkətləri ilə irəlilədiyi üçün normal defekasiya ilə  bədəndən xaric olunur. Kapsulanın batereyasının ömrü 8 saat olduğu və daha artıq şəkil çəkə bilmədiyi üçün 8 saat sonra qeydiyyat cihazı xəstədən çıxarılır. Daha sonra video halına gətirilən görüntülər mütəxəssislər tərəfindən 2-3 saatlıq müddət ərzində araşdırılıb qanaxmanın və nazik bağırsaq zədələnmələrinin olub-olmadığı dəyərləndirilərək qeyd edilir".


Etiketlər:  Nazik bağırsaq xəstəliklərinin kameralı kapsula udulması ilə diaqnozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ