Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 04:36
F-35 problemi ilə bağlı ikinci iclas 2022-ci ilin əvvəllərində ABŞ-da baş tutacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, ABŞ-dan F-35 qırıcılarının boşluğunu doldurmaq üçün "Blok 70" adlanan "Viper"lər istədik:
"Bir il ərzində bunun üzərində texniki işlər gördük. Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqindən sonra lazımi çalışmalara başladıq. Qarşı tərəfə tələblərimizi göndərdik və prosesi izləyirik. Həm 40 ədəd "Blok 70" təyyarələrinin tədarükü, həm də əlimizdə olan F-16-ların modernləşdirilməsi məsələsini qaldırdıq. F-35 problemi ilə bağlı ikinci iclas 2022-ci ilin əvvəllərində ABŞ-da keçiriləcək".