Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstəsi küçədə saxlanılıb - FOTO

Koronavirus xəstəsi küçədə saxlanılıb - FOTO

Tarix: 8 Dekabr 2021 10:32

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəhər sakini Niyaməddin Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

N.Əliyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi küçədə saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ