Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 14:55
"Axır vaxtlar saytlar yazır ki, Elza oğlundan küsüb, məni danışdırmır. Bu övladın nankorluğu olar ki, anası ilə danışmasın. Yəni, oğlumu pis qələmə verirlər. O, çox gözəl oğuldur, tərbiyəlidir, anasına, bacısına hörmət edəndir, kaş bir az başqa cür olardı".
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, Elza oğlu ilə arasında baş verənlərdən danışıb:
"Oğlum şeirlərimə pis reaksiya vermir, çox safdır, əslində o, indi şeirin fəlsəfəsini başa düşür. Amma kimsə deyəndəki, anan bu şeiri yazır, o da həmin insanın ab-havasına düşür, deyir, hə, gərək yazmasın. Əvvəllər deyirdi, indi demir. Çünki şeirlərimi, həqiqəti dərk edir. Bilir ki, anası düz yoldadır. O insanlar ki, var, onlar bizə çata bilməyəcəklər. Dedim ki, sənətimi bəyənmirsizsə, məndən imtina edin. Mən bu sözü tək oğluma deməmişəm. Bəzən bir qohumum gəlir, deyir ki, qızım sənin üstündə müdiri ilə dalaşıb, stulu çırpıb onun başına. Deyirəm, sənin qızın tərbiyəsizlik edib. O mənim bir fanatımı qaçırdıb. Kimsə məni müzakirə edirsə, sən danış, məni sevdir. Amma stulu başına çırpanda daha da nifrət edəcək.
İnsanlar var, deyirlər ki, mən Elzanı başa düşmürəm. Bir digəri də ona şeirimi izah edir, deyir, bax gör burada nə demək istəyir. O insan sonra məni sevir. Daha doğrusu bacılarım deyirlər ki, biz sənə görə narahatıq, çünki hara gedirik beş manatlıq məhsulu, on manata satırlar. Yəni məni borclu da çıxarır. Nəsə bunlara irad tutanda deyirlər, sənin şeirlərinə görə insanlarla mübahisə edirik. Deyirəm, mübahisə etməyin. Bacarırsınızsa, deyin, biz də Elzanın yaradıcılığını qəbul etmirik. Yəni məni borclu çıxartmayın, minnət etməyin. Oğlum deyir ki, mən metroya minə bilmirəm, hamı mənə baxıb sənin adını çəkir. Deyir, ana, biz sənə görə rahat yaşaya bilmirik. Narahatlıqları var deyə, məni günahlandırırlar".