Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 18:12
ABŞ-ın Men ştatında hicablı müsəlman qadın ilk dəfə ştatın böyüklüyünə görə 4-cü şəhərinə mer seçilib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.
Məlumata görə, Sauz-Portlend(Cənubi Portlend) şəhərinin mer seçkilərində Somali əsilli qaradərili müsəlman xanım Daka Dhalak qalib gəlib. Üç il əvvəl Dhalak Cənubi Portlenddə şəhər şurasına seçilən ilk müsəlman qadın olub.
Deka Dhalak ixtisasca sosial işçidir. 2018-ci ildə o, məmur statusunda şəhərinə daha çox fayda gətirə biləcəyinə qərar verib və uğurla şəhər şurasına seçilib. Yeni təyin olunan merin tərcümeyi-halından onun Nyu-England(Yeni İngiltərə) və Nyu-Hempşir universitetlərini bitirdiyi məlum olur. 1992-ci ildə o, ABŞ-a mühacirət edib. Dhalak çoxuşaqlı anadır - üç övlad böyüdür.
"Çox gözəl idi. Sevincdən göz yaşlarımı saxlaya bilmirəm" -deyə müsəlman xanım jurnalsitlərə bildirib.
Bu xoş xəbər Men ştatının müsəlman icması tərəfindən Amerika müsəlman icmasında artan vətəndaş fəallığının əlaməti kimi qeyd edilib...