Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Airbus-un yeni modeli aviasiya bazarında inqilab deməkdir

Airbus-un yeni modeli aviasiya bazarında inqilab deməkdir

Tarix: 9 Dekabr 2021 12:32

Airbus, hava səyahətləri bazarında inqilab yarada biləcək yeni A321XLR təyyarəsinin struktur montajını tamamladı. 

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu, məşhur A321 təyyarəsinin təkmil modifikasiyasıdır. Orta mənzilli uçuşlar üçün nəzərdə tutulmuş baza modelindən fərqli olaraq, A321XLR 8700 km-ə qədər uça bilir. XLR, Extra Long Range - çox uzun məsafə deməkdir.

Niyə yeni bir təyyarəyə ehtiyac var?

İndi bazar elə bir vəziyyətdədir ki, orta məsafəli uçuşları Airbus A321 də daxil olmaqla tək keçidli dar gövdəli təyyarələr həyata keçirir. Qitələr arasında 2 keçidi və artan oturacaqları olan geniş gövdəli təyyarələr uçur.

Bu, aviaşirkətlərin daha çox birbaşa, uzun məsafəli marşrutlar açmasına mane olur. Problem 250 və ya daha çox oturacaq olan böyük bir təyyarənin necə yüklənməsi ilə bağlı yaranır.

Airbus-un bu yeni təyyarəsi komfortlu şəraitdə 200-ə qədər sərnişin daşıya bilir və uçuş məsafəsinə görə geniş gövdəli təyyarələrlə müqayisə olunur. Bu o deməkdir ki, aviaşirkətlər daha uzun məsafəli birbaşa marşrutlar təklif edə biləcəklər. Kiçik təyyarələri doldurmaq daha asandır və buna görə də qazanc əldə etmək imkanı yüksəlir. 

Airbus uçuş məsafəsini necə artırdı?

Füzelajın arxa hissəsində Airbus 12900 litr yanacaq saxlayan əlavə yanacaq çəni quraşdırıb.

İstehsalçı tualet tullantıları üçün saxlama çənini də artırdı, çünki daha uzun uçuş məsafəsi səbəbindən daha çox sərnişin tualetdən istifadə edəcək.

İlk uçuş nə vaxtdır?

Airbus yalnız təyyarənin struktur montajını tamamladı, yəni gövdəsini quyruğu, qanadları və eniş qurğusu ilə birləşdirdi. Bundan əlavə, sınaqlar zamanı məlumatları qeyd etmək üçün əlavə avadanlıq da daxil olmaqla, təyyarədə bütün avadanlıqlar quraşdırılmalıdır.

İlk uçuş 2022-ci ildə, kommersiya məqsədilə istehsalı isə 2023-cü ildə planlaşdırılır.

Sınaqları sürətləndirmək üçün Airbus eyni anda üç A321XLR prototipini yaradacaq.

Milli.Az


Etiketlər:  Airbus un yeni modeli aviasiya bazarında inqilab deməkdir


RƏYLƏR