Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 08:18
Soyuq və yağışlı havada ayaqlarınız islanıbsa bu bir çox problemlərə yol aça bilər.
İlk növbədə bu soyuqdəymə xəstəliklərinin, zökəmin inkişafı ilə təhlükəlidir. Ayaqların soyuqlaması immun sisteminin kəskin zəiflənməsinə səbəb olur ki, nəticədə orqanizmin mikrob və infeksiyalara qarşı davamlılığı azalır.
Digər tərəfdən bu sidik-cinsiyyət sistemi üçün təhlükəlidir. Sistit, qadınlarda yumurtalıqların iltihabı, kişilərdə prostatit və s. problemlər bu fonda kəskinləşə bilər.
Saglamolun.az bildirir ki, ayaqların həddindən artıq soyuması işias, radikulit kimi xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.
Bu səbəbdən ayaqlarınızı daim isti saxlamağa çalışın. Əgər siz yağışa düşmüsünüzsə, evə qayıtdıqdan dərhal sonra isti ayaq vannasını edin. Suya 2 xörək qaşığı xardal əlavə edin. 10 dəqiqədən sonra ayaqlarınızı yaxşı qurulayın və isti corab geyinin. Corabın içinə bir az xardal tökmək olar.
Soyuğun orqanizmə olan mənfi təsirini azaltmaq üçün zəncəfilli çay için. Bu çay immun sisteminə çox yaxşı təsir edir. 3-4 sm uzunluqda təzə zəncəfil kökünü sürtgəcdən keçirin, üzərinə 1 stəkan qaynar su tökün, 20 dəqiqə ərzində dəmləyin. Sonra dəmləməni süzün, 1 çay qaşığı bal və 1 dilim limon əlavə edib için.