Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 13:02
30 il iki millətin şüurunda ciddi iz buraxdı. Bir mətləbə gəlmək çətindir, amma, fikrimcə, problemin həlli iqtisadi yaxınlaşmaqdan, nəqliyyat yollarının açılmasından ibarətdir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko danışıb.
Onun sözlərinə görə, regionun inkişafı iqtisadiyyatla əlaqəlidir:
"Məsələn, Qarabağ erməniləri region ərazisində aparılan tikinti işlərində Azərbaycana köməklik edə bilərlər, bununla da regionda vəziyyətin bərpası istiqamətində addım atmış olacaqlar. İqtisadiyyatdan başqa heç bir mexanizm bu vəziyyəti düzəldə bilməz", - deyə o qeyd edib.