Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq - VİDEO

Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq - VİDEO

Tarix: 11 Dekabr 2021 19:40

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının adlandırılmasında baş verəcək yeniliklərdən danışıb. Beləliklə bundan sonra Qualcomm prosessorları fərqli prinsip üzrə adlandırılacaqlar. Verilmiş məlumata əsasən Qualcomm-un yeni flaqman prosessoru Snapdragon 8 Gen 1 adını əldə dəcək. Daha əvvəl güman edilirdi ki, yeni flaqman prosessor Snapdragon 898 adını əldə edəcək. Lakin şirkət bu cür adlandırmadan imtina edib. Bununla yanaşı şirkət bildirib ki, bundan sonra onun prosessorlarının adlarının qarşısında 5G nişanı əks olunmayacaq. Çünki buna artıq ehtiyac yoxdur. Belə ki, şirkətin aktual olan bütün prosessor modelləri artıq 5G dəstəyi ilə birlikdə istehsal olunurlar.

Qualcomm bildirib ki, o öz yeni prosessorlarının loqolarında rəngli nişanlardan istifadə edəcək. Bunun sayəsində şirkət prosessorları ilkin, orta və flaqman səviyyəli prosessorlara ayıracaq. Şirkət öz prosessorlarında qızılı, tünd boz, qara və qırmızı rəngli nişanlardan istifadə etməyi planlaşdırır. Hansı rəngin hansı səviyyəli prosessora aid ediləcəyi barəsində məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 1 prosessorunun təqdimatı 30 noyabr tarixində start götürəcək Qualcomm Tech Summit 2021 tədbiri çərçivəsində təqdim ediləcək.

Milli.Az


Etiketlər:  Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ